Ağcabədi. Trend:
Yekaterinburqda qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovqardaşlarıyla vida mərasimi keçirilib.
Trend-in yerlimüxbirinin xəbərinə görə, vida mərasimində mərhumların ailəüzvləri, yaxınları, Ağdam və Ağcabədi rayon ictimaiyyətininnümayəndələri iştirak ediblər. Səfərov qardaşları valideynlərinində dəfn edildiyi Hacıbədəlli kənd qəbristanlığında dəfnediləcəklər.
Qeyd edək ki, ötən ayın 27-də səhər saatlarında RusiyanınFederal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərindəazərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, birneçə nəfər saxlanılıb.
Xəbər yenilənəcək