AZ

Aaron Remsi Meksika klubunda

“Arsenal”ın və “Yuventus”un sabiq futbolçusu Aaron Remsi karyerasını Meksikada davam etdirəcək.

Msport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi adıçəkilən ölkənin “Unam Pumas” klubu ilə 1+1 illik müqavilə bağlayacaq.

Uels millisinin üzvü ötən mövsümü ölkəsinin “Kardiff” klubunda keçirib. Karyerası ərzində ən çox “Arsenal”ın (369 oyun) heyətində meydana çıxan Remsi 64 qol vurub və 60 məhsuldar ötürmə edib.

Seçilən
26
3
msport.az

7Mənbələr