BAKI, 1 iyul. TELEQRAF
“İsrail və HƏMAS arasında Qəzza zolağında müharibə başa çatmaq üzrədir”.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
“Qəzzada əməliyyatın sonuna yaxınlaşırıq”, - nazir bildirib.
Kats bütün girovların azad edilməsi və HƏMAS-ın məğlubiyyəti də daxil olmaqla, İsrailin münaqişədəki məqsədlərini təkrarlayıb.