ain.az bildirir, Apa.az portalına istinadən.
İran yaxın gələcəkdə ABŞ-la dialoqa başlamağı düşünmür.
APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi CBS kanalına müsahibəsində deyib.
“Düşünmürəm ki, Amerika ilə danışıqlar yaxın gələcəkdə baş tutsun. Bunun üçün daha çox vaxta ehtiyacımız var. ABŞ-la müzakirələrə başlamağımız üçün əmin olmalıyıq ki, danışıqların ortasında ABŞ bizə ikinci dəfə hücum etməyəcək”, - Araqçi vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.