Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Əgər siz xəstəsinizsə, sığorta şirkətləri daha çox pul qazanır”
“Amerika səhiyyə sistemi ABŞ vətəndaşlarını dünyanın ən xəstə əhalisinə çevirib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri naziri Robert Kennedi deyib.
Amerikalı jurnalist Taker Karlsonla müsahibəsində "əgər siz xəstəsinizsə, sığorta şirkətləri daha çox pul qazanır. Biz xəstə olanda həkimlər pul qazanır. Biz xəstə olanda xəstəxanalar pul qazanır. Əczaçılıq şirkətləri pul qazanır. Bu sistemin hər səviyyəsi pulla dəstəklənir. İndi biz dünyanın ən xəstə millətiyik", - deyə bildirib.
Nazir hesab edir ki, həkimlər “müflis olmamaq üçün” bu sistemə inteqrasiya etməyə və digər məsələlərlə yanaşı, təhsil üçün götürülmüş kreditləri də ödəməyə məcburdurlar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.