AZ

Financial Times : Yaxın Şərqin neft şirkətləri investisiyaları azaldır

BAKI, 1 iyul. TELEQRAF

Səudiyyə Ərəbistanının neft şirkəti Saudi Aramco və Əbu-Dabinin milli neft şirkəti Abu Dhabi National Oil Company (ADNOC) neftin qiymətinin ucuzlaşması fonunda qlobal sazişlərin sayını azaldır.

Teleqraf xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.

Məlumata görə, şirkətlər neft satışından gələcək gəliri yenidən qiymətləndirmək məqsədilə investisiya layihələrini məhdudlaşdırıblar. Enerji sektorunda çalışan anonim bir bankir bildirib ki, Saudi Aramco və ADNOC sahibləri "dividendlərə daha çox diqqət yetirmək, genişlənməyə isə daha az vəsait ayırmaq" niyyətindədirlər.

Digər mənbələrin verdiyi məlumata görə, şirkətlər qaz sahəsindəki sazişləri də azaldacaqlar, lakin bu sahədə fəaliyyət tamamilə dayandırılmayacaq.

Qeyd olunub ki, son üç il ərzində Fars körfəzi ölkələrinin neft korporasiyaları qaz istehsalı, kimyəvi və sürtgü materiallarının istehsal güclərinin genişləndirilməsinə 60 milyard dollardan çox vəsait xərcləyiblər.

Seçilən
15
40
teleqraf.com

10Mənbələr