AZ

Media: Yaxın Şərqin neft şirkətləri investisiyaları azaldıb

Bakı, 1 iyul, AZƏRTAC

“Saudi Aramco” və “Abu Dhabi National Oil Company (ADNOC)” neft qiymətlərinin ucuzlaşması fonunda qlobal sövdələşmələrin sayını azaldıb.

AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzetinin mənbələrinə istinadla yaydığı məlumata görə, həmin şirkətlər gələcək neft gəlirlərini yenidən qiymətləndirmək üçün investisiya layihələrini ləngidirlər. Adı açıqlanmayan enerji bankiri bildirib ki, “Saudi Aramco” və ADNOC dividentlərə daha çox, genişlənməyə isə daha az diqqət yetirməyi planlaşdırır.

Ekspertlərin fikrincə, Yaxın Şərq şirkətləri qaz sektorunda da sövdələşmələri azaldacaq, lakin onlar tam dayanmayacaqlar.

Qeyd edək ki, son üç ildə Körfəzin neft korporasiyaları qaz, kimya və sürtgü materialları istehsalının genişləndirilməsinə 60 milyard dollardan çox vəsait xərcləyiblər.

Seçilən
1
50
azertag.az

10Mənbələr