AZ

Ovannisyan: Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır

Ermənistan Azərbaycanla yekun sülh sazişinin tezliklə imzalanması üçün beynəlxalq ictimaiyyətin dəstəyini zəruri hesab edir.

“İki sahil” xəbər verir ki, bunu Ermənistan parlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Artur Ovannisyan bildirib.

"Son 30 ildə Cənubi Qafqaz xalqları çox əziyyətlər çəkiblər. Münaqişə və əzab-əziyyətlərə son qoyaraq ölkələrimiz üçün birlikdə dinc gələcək qurmaq şansı var", - deputat qeyd edib.

Onun sözlərinə görə, bu gün regionda xalqların rifahı üçün zəruri olan sülhün bərqərar olması üçün görünməmiş fürsət yaranıb.

A.Ovannisyan bildirib ki, bu il Bakı və İrəvan "sülhün qurulması yolunda əhəmiyyətli və mühüm addım atıb".

"Ermənistan və Azərbaycanın sənədi mümkün qədər tez imzalaması üçün beynəlxalq ictimaiyyətin dəstəyi lazımdır. Bu, dövlətlərarası münasibətlərin qurulması deməkdir ki, bu da öz növbəsində, müxtəlif məsələləri müsbət və konstruktiv atmosferdə müzakirə etməyə imkan verəcək", - o əlavə edib.

Seçilən
2
50
ikisahil.az

10Mənbələr