Rusiya "3+3" formatını Cənubi Qafqaz regionunda qarşılıqlı əlaqələrin artırılması, ölkələr və iştirakçılar arasında qarşılıqlı maraq doğuran sahələrdə ardıcıl və harmonik əməkdaşlığın təmin edilməsi üçün vacib hesab edir.
"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə RF XİN-in MDB ölkələri üzrə IV departamentinin direktor müavini Dmitri Masyuk "Maşuk" bilik mərkəzində Qorçakov Fondunun "Qafqaz dialoqu" elmi-təhsil proqramının açılışında bildirib.
"Gələcəkdə bu formatı Avrasiya təhlükəsizlik arxitekturasının dayaq elementlərindən biri kimi nəzərdən keçiririk. Əminik ki, qapıları açıq qalan Gürcüstan da daxil olmaqla, bütün üzvlərin "3+3" işində fəal iştirakı bütün regionun uğuru və rifahının təminatı olacaq", - deyə o qeyd edib.