AZ

Tegeta Motors Baku DairyRally 2025 in qızıl sponsoru oldu

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Böyük Britaniyanın JCB texnikasının Azərbaycandakı yeganə və rəsmi distribütoru olan "Tegeta Motors Baku" 16-20 iyun tarixlərində ölkə üzrə keçirilən və aparıcı süd təsərrüfatlarını əhatə edən "DairyRally Azərbaycan 2025" avtomobil yürüşünün qızıl sponsoru qismində çıxış edib. Tədbirin əsas məqsədi kənd təsərrüfatı sektorunun inkişafına töhfə vermək, istehsalçılar arasında təcrübə mübadiləsini təşviq etmək, eyni zamanda aqrar sahədə müasir texnologiya və innovativ həllərin nümayiş etdirilməsidir.

JCB - güclü, etibarlı və innovativ texnologiyaları ilə tanınan dünya lideri markalardan biridir. Tikinti və kənd təsərrüfatı texnikası istehsalında qabaqcıl şirkətlərdən olan JCB, aqrar sektorda möhkəm mövqeyə malikdir və Azərbaycanda fəaliyyətini genişləndirməkdə davam edir.

"Tegeta Motors Baku" nümayəndələri "DairyRally" layihəsini dəstəkləməkdən qürur duyduqlarını bildiriblər. Qeyd ediblər ki, JCB texnikasını real iş şəraitində nümayiş etdirmək müştərilərə daha da yaxın olmaq üçün əla fürsətdir.

Avtoyürüş çərçivəsində "DairyNews" nümayəndələri "Tegeta Motors Baku"nun regional biznesin inkişafı üzrə meneceri İrakli Xaçapuridze ilə görüşüblər. O bildirib ki, şirkət kənd təsərrüfatı sahəsini fəal şəkildə inkişaf etdirir, çünki bu seqment Azərbaycan bazarında yüksək tələbat və potensiala malikdir.

"Azərbaycanda 2022-ci ildə rəsmi fəaliyyətə başladığımız gündən bu günə qədər əhəmiyyətli irəliləyişlərə nail olmuşuq. Ötən il planlaşdırılmış satış həcmini artıqlaması ilə yerinə yetirmişik. Bu il isə məqsədimiz bu göstəricini ən azı 50% artırmaqdır. Fermerlərin və aqroholdinqlərin JCB texnikasına göstərdiyi marağı nəzərə alsaq, bu tamamilə realdır," - deyə İrakli Xaçapuridze qeyd edib.

"Tegeta Motors Baku" baş ofisi Tbilisidə yerləşən Gürcüstanın "Tegeta Holding" şirkətinin tərkib hissəsidir. 2007-ci ildən etibarən şirkət JCB brendini Gürcüstanda təmsil edir, 2022-ci ildən isə Azərbaycanda da rəsmi fəaliyyətə başlayıb. Burada JCB-nin beynəlxalq standartlarına uyğun şəkildə inşa edilmiş rəsmi sərgi salonu fəaliyyət göstərir. Şirkət yalnız orijinal JCB texnikasının satışını deyil, həm də onun satışdan sonrakı tam xidmətini - diaqnostika, təmir, orijinal ehtiyat hissələrinin təminatı və ölkə üzrə peşəkar texniki xidmət göstərilməsini təmin edir.

"DairyRally" ilə əməkdaşlıq JCB brendinin Azərbaycanın kənd təsərrüfatı sahəsində mövqeyini daha da möhkəmləndirmək və yüksək keyfiyyətli Britaniya texnikasını yerli bazarda tanıtmaq istiqamətindəki strateji məqsədlərinə xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
50
oxu.az

10Mənbələr