ain.az bildirir, Qaynarinfo portalına istinadən.
"Bank of Baku"nun müştəriləri sosial şəbəkələrdə bankın bir sıra xidmətlərindən ciddi narazılıq edirlər.
Qaynarinfo-nun məlumatına görə, bu ilin aprel ayından bankın BOBOT adlı robotu müştərilərə xidmət göstərir. Robot "Bank of Baku"nun məhsulları və xidmətləri haqqında məlumat verir, həmçinin kredit sifarişləri kimi bir çox bank xidmətlərini yerinə yetirir.
Bu barədə bankın sosial şəbəkələrində də qeyd edilib. Amma Rauf Məmmədov adlı "Facebook" istifadəçi həmin paylaşımın altında yazaraq narazılıq edir: "Öncə tətbiqinizdəki xidməti düzəldin, sonra BOBOT-a keçərsiniz..."
X.A. Səfərova adlı sosial şəbəkə istifadəçi isə "Bank of Baku" əməkdaşlarının müştərilərlə kobud danışdığını iddia edir: "Sizin əməkdaşlar müştəri ilə kobud danışırlar. Əsasən də onlayn müraciət zamanı bu hal yaşanır".
Ramazan Soltanov adlı sosial şəbəkə istifadəçi bir aydır bank tərəfindən müraciətinə cavab verilmədiyini deyib: "Neçə gündür müraciət edirəm. Əməkdaşlarınız deyirlər ki, geriyə dönüş edəcəyik. Amma bir aydır gözləyirəm, hələ də bir cavab yoxdur".
Bankın "Facebook" səhifəsində daha ciddi irad isə müştərilərin yazdığı şərhlərin silinməsi və bəzilərinin oxucular üçün qapalması ilə bağlıdır.
Qeyd edək ki, bu günlərdə bankın sədri Həsən Quliyevin "Bank of Baku" tam rəqəmsallaşacaq!" başlığı ilə məqaləsi dərc edilib. O həmçinin deyib ki, bankın xalis mənfəəti ötən il 26 milyon manata yaxın olub və rəqəmlər artım tempi ilə onların xeyrinə dəyişməkdə davam edir.
Aydın
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.