Ötən gün İranın “Tasnim” Agentliyi Rusiyanın Yekatrinburq şəhərində baş vermiş faciə ilə bağlı yazı dərc edib.
Tribunainfo.az xəbər verir ki, məqalədə Azərbaycan xalqının bu mövzu ətrafında birləşməsindən bəhs olunur.
Yazıda qeyd edilir ki, baş verən son hadisələr Azərbaycanın müstəqilliyi üçün bir sınaqdır. “Bu hadisə iki ölkə arasındakı münasibətlərdəki kövrək tarazlığı açıq şəkildə pozdu”.
Müəllif daha sonra vurğulayır ki, Azərbaycan Rusiyanın doplomatik əsaslandırmalarını qəbul etmir. “Görünən odur ki, Azərbaycan Rusiyanın açıqlamalarına etibar etmir. Moskvanın bununla bağlı hüquqi tədbir görəcəyinə də inanmır”.
Fərda Uğur