"Kremlə yaxın media qurumları Azərbaycana qarşı informasiya mübarizəsinə keçib. Dünəndən isə bu informasiya mübarizəsi özünün ən çirkin mərhələsinə qədəm qoyub. Adi insan hüquq və azadlıqlarına hörmət qoymayan Kreml və ona bağlı olan media resursları iddia edirlər ki, guya Azərbaycanda söz və mətbuat azadlığı pozulur. Bunu isə "Sputnik Azərbaycan"ın ofisində aparılan axtarışla əlaqələndirirlər. Halbuki bu əməliyyat hansısa jurnalistə deyil, qanunsuz fəaliyyətə qarşı yönəlib".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, "Sputnik Azərbaycan"ın fəaliyyətinə son qoyulsa da, lakin bu media qurumunun bir neçə rəhbər şəxsi hələ də ölkəmizdə qeyri-qanuni fəaliyyətini davam etdirir, pozuculuq işləri ilə məşğul olurdular:
"Sözügedən redaksiyanın ofisində aparılan axtarışlar da məhz həmin qeyri-qanuni fəaliyyətin qarşısını almaq məqsədi daşıyıb. Kimliyindən asılı olmayaraq hər kəs Azərbaycanda fəaliyyətini ölkə qanunlarına uyğun şəkildə qurmalıdır. Qeyri-qanuni hərəkətlərə yol verənlərə qarşı da mütləq qanunun tələb etdiyi qaydada ölçü götürülür".
Arzuman Muradlı deyib ki, Kreml və ona bağlı olan media qurumları Azərbaycana qarşı şər atıb, təxribatçı əməllərə yol verməkdənsə, Azərbaycanla imzalanmış strateji müttəfiqlik sazişinin maddələrinə əməl etsin, bu ölkədəki azərbaycanlılara qarşı qanunsuz hərəkətlərə, hücum və təzyiqlərə son qoysun.
Süleyman