Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk edib.
APA xəbər verir ki, səfir Rəhman Mustafayev bir saat sonra XİN-in binasını tərk edib.
***
10:46
Azərbaycan səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə gedib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Azərbaycan diplomatı rəsmi çağırışdan sonra Rusiya XİN-ə gedib.
Rusiya KİV səfirin nazirlik binasına gəlməsinin görüntülərini yayıb.
Qeyd edək ki, ötən gün Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin Xarici İşlər Nazirliyinə çağırılmasına dair xəbərlər yayılıb.
Səfir Rəhman Mustafayevin nazirliyə çağırılmasına səbəb kimi Rusiya Federasiyası jurnalistlərinin saxlanılması göstərilib.
https://t.me/apa_az/100132
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.