AZ

Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO 

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə gedib.


Referans qafqazinfo.az-a istinadən xəbər verir ki, diplomat rəsmi çağırışdan sonra Rusiya XİN-ə gedib.


R. Mustafayevin diplomatik nümayəndəliyə gəlişinin görüntüləri də yayılıb.


Qeyd edək ki, Azərbaycan səfirinin Rusiya XİN-ə çağırılmasına səbəb kimi ötən gün Bakıda rusiyalı jurnalistlərin saxlanılması göstərilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) "Sputnik-Azərbaycan" agentliyinin ofisində (Rusiyanın "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı iki nəfər saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) əməkdaşları olduğu bildirilib.


Seçilən
4
7
referans.az

10Mənbələr