AZ

Zirə nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olacaq Xorvatiya təmsilçisi “Hayduk” yoxlama oyunu keçirib. 

Fanat.Az xəbər verir ki, Split təmsilçisi Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk sınaq matçında Bolqarıstan təmsilçisi ÇSKA ilə qarşılaşıb.

Matçın taleyini 1 qol həll edib. “Hayduk” Marko Livajanın 5-ci dəqiqədə vurduğu qol sayəsində rəqibini 1:0 hesabı ilə məğlub edib.

"Zirə"nin rəqibi növbəti yoxlama görüşünü iyulun 4-də yerli “Radomlye”yə qarşı keçirəcək.

Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında ilk oyun iyulun 23-də Bakıda, cavab matçı isə ayın 31-də Splitdə təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
13
fanat.az

6Mənbələr