AZ

"Zirə"nin rəqibi MOİK-i məğlub etdi

BAKI. 1 iyul. TELEQRAF

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan Xorvatiya təmsilçisi "Hayduk" yoxlama oyunu keçirib.

Teleqraf xəbər verir ki, Sloveniya toplanışına təsadüf edən qarşılaşmada Split komandası Bolqarıstanın MOİK (Sofiya) klubunu sınağa çəkib.

Görüş "Hayduk"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 5-ci dəqiqədə Marko Livaya vurub.

Növbəti yoxlama oyunu iyulun 4-də Sloveniyanın "Radomlye" komandasına qarşı olacaq.

Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyununu iyulun 23-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Seçilən
18
12
teleqraf.com

10Mənbələr