AZ

"Zirə"nin rəqibi qapıçısı və 3 hücumçusu ilə yollarını ayırdı

BAKI. 1 iyul. TELEQRAF

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə üz-üzə gələcək Xorvatiyanın "Hayduk" klubu 4 futbolçusu ilə yollarını ayıb.

Teleqraf Split təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar qapıçı Lovre Kaliniç, eləcə də hücumçular Stipe Biuk, Yan Mlakar və Nazariy Rusindir.

Kaliniç klubla müqaviləsinin, digərləri isə icarə müddətlərinin bitməsi ilə əlaqədar komandanı tərk ediblər.

Qeyd edək ki, "Zirə" "Hayduk"la iyulun 23-də evdə, iyulun 31-də səfərdə qarşılaşacaq.

Seçilən
9
12
teleqraf.com

5Mənbələr