AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatının Nyuark dairəsinin hakimi Culian Nils iddiaya mahiyyəti üzrə baxılacağına qərar verib. Verdikt ABŞ tənzimləyicilərinin smartfon bazarında iPhone ilə rəqabətə maneələri aradan qaldırmağa çalışacaqları çoxillik hüquqi araşdırmalara yol açır.
“2024-cü ilin martında Ədliyyə nazirliyinin və bir sıra ştatların qaldırdığı iddiada “Apple” şirkətinin qəsdən rəqabətə maneələr yaratdığı bildirilir. İddiaçıların fikrincə,şirkət bəzi “Apple” xidmətlərinin digər smartfonlarda işləməsini çətinləşdirmək, habelə bəzi aksesuarlarının digər istehsalçıların smartfonları ilə tam uyğunlaşmasının qarşısını almaq üçün öz qaydalarından və texniki məhdudiyyətlərindən istifadə edir”,- agentlik yazır.
Söhbət xüsusilə də, “ iMessage”, “Apple Wallet” və “Apple Watch”un android cihazları ilə uyğunsuzluğundan gedir.
“Apple” şirkəti öz əks iddiasında üçüncü tərəf tərtibatçılarının texnologiyaya girişinə məhdudiyyətlərinin ağlabatan və zəruri olduğunu vurğulayır. Şirkət üçüncü tərəf tərtibatçılarının texnologiyanı rəqiblərlə paylaşmağa məcbur edilməsinin innovasiyalara ziyan vuracağını bildirib.
“Apple”in sözçüsü bildirib ki, şirkət iddianın həm faktlara, həm də qanunlara əsassız olduğunu düşünür və məhkəmədə öz mövqeyini qətiyyətlə müdafiə etmək niyyətindədir.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta