AZ

“Apple” ABŞ-də məhkəməyəçıxacaq

Texnologiya nəhəngi Apple ABŞ-da inhisarçılıq (monopoliya) işi üzrə məhkəməyə çıxacaq. Şirkət Amerika smartfon bazarında qeyri-qanuni üstünlük əldə etməkdə ittiham olunur.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

2024-cü ilin martında ABŞ Ədliyyə Nazirliyi və bir neçə ştatın prokurorları Apple-a qarşı məhkəmə iddiası qaldırmışdılar. Onlar bildirirlər ki, Apple proqram təminatı istehsalçılarına və üçüncü tərəf xidmətlərinə qarşı texniki və hüquqi məhdudiyyətlər tətbiq etməklə, bazarda rəqabəti məhdudlaşdırıb və dominant mövqe tutub.

İyunun 30-da ABŞ-nin Dairə Hakimi Julien Niles Apple-ın işi məhkəmədən kənar bağlamaqla bağlı müraciətini rədd edib. Bu qərarla Apple məhkəmə qarşısında cavab verməli olacaq.

Ədliyyə Nazirliyi bu məsələ ilə bağlı rəsmi açıqlama verməkdən imtina edib. Jurnalistlər bildirirlər ki, bu iş ABŞ Prezidenti Co Baydenin administrasiyası dövründə başladılan daha geniş antimonopoliya tədbirlərinin bir hissəsidir. Oxşar ittihamlarla Alphabet, Amazon və Meta şirkətləri də üzləşiblər.

Aytəkin TOFİQQIZI

Seçilən
0
41
redaktor.az

10Mənbələr