ain.az, Konkret.az portalına istinadən məlumat verir.
Türkiyədə satirik jurnalın 4 əməkdaşı Məhəmməd peyğəmbərin karikaturasını dərc etdiyinə görə həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya deyib.
O, “LeMan” jurnalının şəklini “ayıb” adlandırıb və onun baş redaktoru, qrafik dizayneri, qurumun direktoru və karikaturaçı rəssamın saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, “LeMan” X sosial şəbəkə səhifəsində onun şəklinin Məhəmməd peyğəmbərin karikaturası olduğunu təkzib edib:
“Əsər heç bir şəkildə Məhəmməd peyğəmbərə aid deyil”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.