AZ

113 yaşlı Xeyrənsə nənə Kəlbəcərə gedəcəyi günü Tərtərdə gözləyir

Kəlbəcər "Böyük Qayıdış"a hazırlaşır. Artıq şəhərə köçəcək ailələr arasında püşkatma da keçirilib. Püşkatma zamanı ailələrin hansı binada və mənzildə yaşayacağı müəyyənləşdirilib.

Məlumata görə, ilk mərhələdə Kəlbəcərə 81 ailə köçəcək. Həmin ailələr şəhərin mərkəzində dördmərtəbəli üç binaya köçürüləcək.  

Modern.az-ın əldə etdiyi məlumata görə, Kəlbəcər yolunu gözləyənlər arasında 113 yaşlı Xeyrənsə Baxşalıyeva da var. O, 1 aprel 1913-cü ildə Kəlbəcər şəhərində doğulub.  

Ailəsinin verdiyi məlumata görə, Xeyrənsə nənə şəhər işğaldan azad olunan gündən indiyədək Kəlbəcərə köçü səbirsizliklə gözləyib.
“4 il idi ki, anam bu günü gözləyirdi. Püşkatma olanda və gedəcəyimiz dəqiqləşəndə Tərətərə getdi ki, yolu qısalsın”. 

Ömrünün 30 ilini Kəlbəcərdən uzaqda yaşayan Xeyrənsə nənə doğma yurda qayıdacağı xəbərini eşidən kimi Bakıda qala bilməyib, Tərtərə gedib. 

“Anam hər gün bizə zəng edib Kəlbəcərə qayıdacağımız tarixi soruşur, Tərtərədə Kəlbəcər getməyi gözlədiyini deyir”. 

Qeyd edək ki, Xeyrənsə Baxşalıyeva Kəlbəcərdən məcburi köçkün düşərkən 80 yaşı olub.
 

1446554

1446556

Seçilən
15
2
modern.az

10Mənbələr