AZ

Məhkəmə Bakir Səfərovu həbsdə saxladı

Yekaterinburq məhkəməsi Bakir Səfərov barəsində yeni qərar çıxarıb.

Məhkəmənin qərarı ilə Bakir Səfərov barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Belə ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.  (APA)

***

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının 27 iyun tarixində keçirdiyi reyd nəticəsində saxlanılan azərbaycanlılardan biri - Bakir Səfərovun qətimkan tədbirinin uzadılması məsələsi ilə bağlı məhkəmə iclası keçirilir.

Bu gün yerli vaxtla saat 16:30-da daha bir saxlanılan şəxs - Əhliman Gənciyevin işi üzrə məhkəmə iclası keçiriləcək.

Sabah yerli vaxtla saat 10:30-da 26 iyun səhər saxlanılan Şahin Lalayevin qətimkan tədbirinin uzadılması ilə bağlı dinləmənin keçirilməsi gözlənilir.

Əvvəllər məhkəmə işdə adı keçən hər üç şəxsi üç gün müddətinə həbs etmişdi. (Report)

Seçilən
0
11
musavat.com

10Mənbələr