AZ

Yekaterinburq məhkəməsi Bakir Səfərovun həbs müddətini uzadıb

Yekaterinburq şəhər məhkəməsi iyunun 27-də Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının keçirdiyi reyd nəticəsində saxlanılan azərbaycanlı Bakir Səfərovun barəsində həbs qətimkan tədbirini daha 22 gün müddətinə uzadıb. O, iyulun 19-dək istintaq təcridxanasında saxlanılacaq.

Onun vəkili bildirib ki, Səfərov özünü təqsirli bilmir və müdafiə tərəfi həbs qərarından apellyasiya şikayəti verəcək.

Bu gün məhkəmədə həmçinin eyni iş üzrə saxlanılan digər azərbaycanlı – Əxliman Gəncəyevin işi də araşdırılacaq.

Sabah bu iş üzrə saxlanılan üçüncü şəxs – Şahid Lalaevin məhkəmə iclası planlaşdırılır.

Daha əvvəl məhkəmə adıçəkilən üç nəfərin hər birini ilkin olaraq 3 sutka müddətinə həbs etmişdi.

N.Təbrizli

Seçilən
8
50
anews.az

10Mənbələr