AZ

Məhkəmə Bakir Səfərovu həbsdə saxlayıb - VİDEO - YENİLƏNİB

Yekaterinburq məhkəməsi Bakir Səfərov barəsində yeni qərar çıxarıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, məhkəmənin qərarı ilə Bakir Səfərov barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Belə ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.

***
Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri - Bakir Səfərovun məhkəmə prosesi başlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Bakir Səfərovu barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılır.
Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.
Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.

  Telegram Widget
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Seçilən
0
19
sherg.az

10Mənbələr