Bakı. TurkicWorld:
Ermənistanda dövlət çevrilişinə cəhdlə bağlı siyasi qalmaqal fonunda baş nazir Nikol Paşinyan erməni katalikos II Qaregini tutduğu vəzifədən getməyə çağıran bəyanat verib.
TurkicWorld bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
“Hörmətli keşişlər,.. əgər sizin də övladınız varsa, Ktiriç Nersisyanın (II Qaregin) da var. Bəs niyə o, Kilsədə sizdən daha yüksək mövqe tutur? Halbuki o, xalqı və Allahı aldadır, siz isə yox. O, Kilsə ilə evlənəcəyinə and içib, amma Kilsəyə xəyanət edib. Onun yüksək mövqeyi də həmin pozduğu anda əsaslanır.
Ktiriç Nersisyan da mənim qardaşımdır. Amma o katolikos deyil və getməlidir. Əgər getməzsə, onda biz onu birlikdə, qardaşcasına uzaqlaşdıracağıq, hörmətli evli keşişlər,” – deyə o yazıb.