Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin ruhani lideri katolikos II Qaregini subaylıq andını pozaraq nikahdankənar uşaq dünyaya gətirdiyini əsas gətirərək vəzifəsindən istefa verməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Paşinyan sosial media hesablarında verdiyi açıqlamada ailəli din xadimlərini dəstəklədiyini və bunu gizlətmədiyini bildirib.
Paşinyan bütün evli keşişləri, o cümlədən onu tənqid edənləri qardaş kimi gördüyünü bəyan edərək, "Siz mənim qardaşımsınız, çünki xalqı və Allahı aldatmırsınız. Əgər katolikosun imtiyazlı vəzifəsində olan 2-ci Qareginin övladı varsa, sizin də övladınız varsa, o niyə sizdən yüksək vəzifəyə sahib olmalıdır? Halbuki xalqı aldadan odur, siz deyilsiniz" dedi.
Paşinyan iddia edib ki, II Qareginin subaylıq andını pozub: "Zina edən "bekar" din xadimi niyə sənin üzərində hökmranlıq etsin? O, yalnız subaylıq andına əsaslanaraq bu hüququ qazanıb, həm də bu vədini murdarlayıb. II Qaregin də mənim qardaşımdır, amma o, katolikosu tərk etməlidir, əgər getməsə, biz göndərəcəyik".
Aytən Yaşar/ Turkustan.az