AZ

“Sabah”ın rəqibi heyətini gücləndirib

Bakı, 1 iyul, AZƏRTAC

"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Sloveniyanın "Tselye" komandası heyətinə yeni futbolçu qatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komanda 29 yaşlı sloveniyalı yarımmüdafiəçi Andrey Kotniki transfer edib.

Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi “Sabah” "Tselye" ilə ilk matçına iyulun 10-da evdə, cavab qarşılaşmasına isə bir həftə sonra səfərdə çıxacaq.

Seçilən
2
9
azertag.az

10Mənbələr