AZ

Fərid Qayıbov: Qarabağda ilk dəfə Gənclər Forumu təşkil olunur VİDEO

Ağdam, 1 iyul, AZƏRTAC

Qarabağda ilk dəfə Gənclər Forumu təşkil olunur. Biz belə tədbirlərlə göstəririk ki, Azərbaycanda güclü gənclər siyasəti mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi çərçivəsində İƏT-in Gənclər Forumunda çıxışı zamanı deyib.

Prezident İlham Əliyevin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edən nazir bildirib: "Ölkə üzrə 35 gənclər evi, 100-lərlə gənclər təşkilatları, fondları və mərkəzləri fəaliyyət göstərir. Biz, həmçinin beynəlxalq tədbirlər təşkil edirik. Ümidvaram ki, bu tədbirin yekununda gənclər siyasətinə aid olan yaxşı sənədə imza atılacaq".

 

Seçilən
4
50
azertag.az

10Mənbələr