AZ

Pezeşkian Azərbaycana gəlir...


İran prezidenti Məsud Pezeşkian iyulun 3-4-ü Azərbaycanda səfərdə olacaq. Bu barədə KİV-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, İran prezidenti Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 26-da telefon söhbəti zamanı iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycanda keçiriləcək ECO Sammitinə dəvət edib.

ZÜMRÜD

Seçilən
1
46
baki-xeber.com

10Mənbələr