AZ

Ölkələrin gənclər arasında iqtisadi və ekoloji tərəfdaşlığın inkişafına töhfə verməsi çox vacibdir - Almagul Kutanova

Ağdam. Trend:

Ölkələrin gənclər arasında iqtisadi və ekoloji tərəfdaşlığıninkişafına töhfə verməsi çox vacibdir. Birlikdə çalışsaq, ümumihəll yollarını axtarsaq, öz potensialımızdan istifafə etsək, buproblemlər maneəyə yox, bizim üçün fürsətə çevriləcək.

Trend-in Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki,bunu Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər vəAilə Məsələləri Komitəsinin şöbə müdiri Almagul Kutanova ilk dəfəkeçirilən “İƏT Həftəsi” çərçivəsində baş tutan Gənclər Forumunun“Ölkə müdaxilələri – “Milli Gənclər Strategiyalarının Dayanıqlıİnkişafa Töhfəsinin Qiymətləndirilməsi” üzrə Milli Baxışlar” panelsessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Qazaxıstanın gənclər siyasəti bir sıraqanunvericilik aktları ilə tənzimlənir:

“Qazaxıstanda dövlət idarəçilik sektorunda istedadlı gəncləriüzə çıxarmaq və onlara dəstək olmaq məqsədilə 2019-cu ildə dövlətproqramı işə salınıb. Gənclərin ekoloji fəaliyyətə cəlb edilməsiüçün “Yaşıl el” proqramı təsis edilib. Narkomaniya ilə mübarizətədbirləri də gücləndirilir.

Respublika Gənclər Təşkilatı ilə əməkdaşlığın gücləndirilməsinədair yol xəritəsi tərtib olunur. Gənclərə həyatın müxtəlifmərhələsində dəstək olmaq üçün resurs mərkəzi fəaliyyətəbaşlayıb".

Qazaxıstan nümayəndəsi əlavə edib ki, ölkəsində gənclər siyasətisahəsində 400-dək QHT işləyir:

“Güzəştli mənzil proqramları da bizim təşəbbüslərimizdənbiridir. Qazaxıstanda 2025-ci il məşğulluq ili elan edilib. Busahələrdə fəaliyyət gəstərən gənc və tələbələrə dəstəkveriləcək.

Biz inanırıq ki, gənclərimiz perspektivli insanlardır, onlarınparlaq gələcəyi var”, - deyə o fikrini tamamlayıb.

Seçilən
0
50
az.trend.az

10Mənbələr