Ağdam, 1 iyul, AZƏRTAC
Qazaxıstanı Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi çərçivəsində keçirilən İƏT-in Gənclər Forumunda təmsil etməkdən qürur duyuram.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və ailə məsələləri komitəsinin nümayəndəsi Almagül Kutanova Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi çərçivəsində İƏT-in Gənclər Forumunda deyib.
O bildirib ki, Qazaxıstan İƏT-in fəal üzvlərindən biridir. Gənclər isə mühüm proseslərdə və qlobal çağırışların həllində fəal iştirak etməlidirlər.
Almagül Kutanova Ağdam şəhəri ilə bağlı fikirlərini də bölüşüb. Ağdamda aparılan bərpa və quruculuq işlərinin təqdirəlayiq olduğunu qeyd edib.