AZ

Cinayət işinin açılması gərginliyi qızışdırmaq məqsədi daşıyır

Missiya.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan Baş Prokurorluğunun Yekaterinburqdakı həbslərdən sonra açdığı cinayət işi Rusiya-Azərbaycan münasibətlərində gərginliyi qızışdırmaq üçün növbəti piardır”.

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasında komitə sədrinin müavini Konstantin Zatulin deyib.

"Bu, təbliğat aparılan kampaniyanın dalğasındadır. Azərbaycanda hər cür piar hərəkətləri ilə çıxış edirlər və bu, özlüyündə cəfəngiyyatdır, çünki birincisi, mənim başa düşdüyüm kimi, ölənlərdən biri Rusiya vətəndaşıdır", - deyə siyasətçi vurğulayıb.

Zatulin qeyd edib ki, Bakıya gətirilən meyitlərin milliyyətcə azərbaycanlılara məxsus olması bəhanəsi ilə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı cinayət işlərinin açılması hüququ azərbaycanlıların harada olur-olsun, onların ekstraterritoriallığı haqqında tezisdən aşkar sui-istifadədir.

Daşqın HəsənovMissiya.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
37
missiya.az

10Mənbələr