AZ

Azərbaycanda rusdilli məktəblər bağlanır? - mərhələli şəkildə...



Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia yayılıb. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı vatsap qruplarına bildirişlər gəlib.

aia.az Oxu.az-a istinadən xəbər verir ki, bildirişdə rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı qeyd olunub.

Qərarın Azərbaycan dilinin əsas təhsil vasitəsi kimi mövqeyini gücləndirmək və bütün vətəndaşları vahid təhsil mühitinə inteqrasiya etmək məqsədi daşıdığı söylənilir.

İddiaya görə, islahatlar mərhələli şəkildə aparılacaq. Yaxın üç ildə rusdilli məktəblər Azərbaycan dilində tədrisə keçəcək, müəllimlərin ixtisasartırma kursları təşkil olunacaq.

Qeyd edək ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.

aia.az



Seçilən
6
14
aia.az

10Mənbələr