AZ

Ermənistanda Rusiya telekanallarının yayımı dayandırıla bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının respublika ərazisində yayımının dayandırılmasının mümkünlüyünü açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb.

Alen Simonyan qeyd edib: "Hesab edirəm ki, biz çox ciddi şəkildə Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsinin müzakirəsinə başlamalıyıq. Bu, Ermənistan-Rusiya münasibətlərinə xələl gətirir. Əgər dövlət telekanalları Ermənistanın daxili işlərinə qarışmağa icazə verirlərsə, o zaman biz də reaksiya verməliyik və ən azı onların cəmiyyətimizin mənzillərinə girişini bağlamalıyıq”.

Bundan əvvəl İrəvan Moskvaya nota göndərərək , Rusiyanın bir sıra dövlət rəsmilərinin erməni əsilli rusiyalı biznesmen, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyanın işi ilə bağlı açıqlamalarını respublikanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

 

Seçilən
33
29
operativmedia.az

10Mənbələr