“Birmingem Siti” 30 yaşlı yapon mərkəz hücumçusu Köqo Furuhashini “Renn”dən tamhüquqlu əsasda “mavilər”in düşərgəsinə qatıb.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 3 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıbalar.
Keçid “Birmingem Siti”yə 9 milyon avro məbləğ müqabilində başa gəlib.
Köqo Furuhashi futbola “Tyuo Universiteti”ndə qədəm qoyub, böyük futbolda “Qifu”nun heyətində debüt edib. Müdafiəçi, karyerası ərzində “Vissel Kobe”, “Seltik” və “Renn”də çıxış edib.
2024/2025-ci illər mövsümündə Furuhashi “Renn” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 6 oyun keçirib.
Köqo Furuhashi 2019-cu ilin noyabr ayında debüt etdiyi Yaponiya yığmasının heyətində 23 oyun keçirib, 5 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 30 yaşlı yapon mərkəz hücumçusunun transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.