AZ

Mbappe "Yuventus"a qarşı oynaya biləcək?

"Real" klubunun əsas heyətindən üç futbolçu Kilian Mbappe, Eder Militao və Dani Karvaxal sağlamlıq problemlərindən sonra yaxın vaxtlarda meydana qayıda bilər.

Publika.az xəbər verir ki, bu barədə Madrid klubunun baş məşqçisi Xabi Alonso məlumat verib.

"Mbappe ilə hər şey qaydasındadır. Onunla hər gün danışırıq, özünü daha yaxşı hiss edir. Sabah onunla yenidən söhbət edib son qərarı verəcəyik. Oynamaq şansı yüksəkdir. Karvaxal və Militao isə sabahkı oyun üçün iştirak ərizəsində olacaq. Onların qayıdışı həm özləri, həm də komanda üçün böyük motivasiyadır. Sadəcə bir qədər oyun praktikasına ehtiyacları var ki, formalarını bərpa etsinlər", – deyə ispaniyalı mütəxəssis bildirib.

Futbolçuların meydana dönüşü artıq klublararası dünya çempionatının 1/8 final mərhələsində bu gün "Yuventus"a qarşı baş tutacaq oyunda mümkündür. Görüş saat 23:00-da baş tutacaq.

Seçilən
21
16
publika.az

10Mənbələr