AZ

“Real”a Mbappedən şad xəbər

“Real”ın hücumçusu Kilian Mbappe Klublararası dünya çempionatının 1/8 finalında “Yuventus”a qarşı oynaya bilər.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə baş məşqçi Xabi Alonso açıqlama verib. 

İyunun 19-da fransalı futbolçu bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib. 26 yaşlı hücumçuya kəskin qastroenterit diaqnozu qoyulub.

Həmin gün o, Mayami xəstəxanasından buraxılıb. Daha sonra Mbappenin infeksiyaya görə 5 kiloqrama qədər arıqladığı bildirilib.

Nəticədə futbolçu Klublararası dünya çempionatının qrup mərhələsində keçirdiyi hər üç oyunu buraxıb.

Seçilən
24
50
idmanxeber.az

10Mənbələr