ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Uzun müddət “Neftçi”nin şərəfini qorumuş Rəhman Hacıyev “Səbail”ə keçə bilər. Bu xəbərin nə dərəcədə həqiqətə yaxın olduğunu öyrənmək üçün “dənizçilər”in mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq:
“Bəli, Rəhman Hacıyev transfer siyahımızda olan futbolçulardan biridi. Hazırda “Səbail” olaraq, bir neçə futbolçu ilə danışıq aparırıq. Hələ ki rəsmiləşən bir şey yoxdu. Yəqin ki, yaxın günlərdə klub bu barədə rəsmi məlumat verəcək”.
Yeri gəlmişkən, Rəşad bəydən klubun maliyyə vəziyyətinin nə yerdə olduğunu, ASCO və başqa mümkün sponsorlar haqda da soruşduq:
“Həm ASCO, həm də başqa tərəfdaşlar ilə danışıqlarımız davam edir. Bu məsələdə də konkret anlaşma yoxdu. Hansısa dəyişiklik olsa, məlumat verəcəyik”.
MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.