AZ

Liverpul ulduzunu Bavariya ya satmaqdan imtina etdi

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Liverpul" vingeri Luis Diasın gələcəyi ilə bağlı qərar verib.

Oxu.Az AS-a istinadən xəbər verir ki, İngiltərə klubu 28 yaşlı futbolçu üçün "Bavariya"nın təklifini rədd edib. Münhen klubunun idman direktoru Maks Eberə məlumat verilib ki, "Liverpul" Diası satmaq niyyətində deyil və danışıqlarda iştirak etməyəcək.

"Qırmızı-qaralar" növbəti mövsümdə də kolumbiyalıya ümid bəsləyir.

Xatırladaq ki, ötən mövsüm Dias 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunu 70 milyon avro dəyərində qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
44
oxu.az

10Mənbələr