AZ

İsveçli forvard “Arsenal”la müqavilə bağlayıb

ain.az bildirir, sport24.az portalına istinadən.

"Sportinq"in hücumçusu Viktor Dyokeres "Arsenal"la müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

"Mançester Yunayted" də forvardı "rənglərinə bağlamağı" düşünürdü. Lakin futbolçu Çempionlar Liqasında oynamayacaq kluba keçməkdən imtina edib.

Qeyd edək ki, 27 yaşlı isveçli ötən mövsüm bütün turnirlərdə 52 oyun keçirib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
50
sport24.az

10Mənbələr