Rusiyanın Yekaterinburq şəhərində saxlanılan Ural bölgəsi üzrə Azərbaycan diasporunun rəhbəri, tanınmış iş adamı Şahin Şıxlınski 24 il əvvəl baş vermiş qətl hadisəsi ilə bağlı ifadə verib.
Referans Rusiya KİV-ə istinadən xəbər verir ki, hazırda onun barəsində istintaq tədbirləri davam etdirilir.
Məlumata görə, hüquq-mühafizə orqanları Şıxlınskini həmin dövrdə baş vermiş və indiyədək tam açılmamış cinayət işi üzrə yenidən araşdırma çərçivəsində dindiriblər. Hadisənin təfərrüatları açıqlanmasa da, istintaqın onun adı ilə bağlı mühüm versiyanı yoxladığı qeyd olunur.
Qeyd edək ki, Şahin Şıxlınski uzun illərdir Yekaterinburqda Azərbaycan diaspor hərəkatının əsas simalarından biri kimi tanınır və bir sıra ictimai-sosial təşəbbüsləri ilə seçilib.//Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta