AZ

Zelenski Ukrayna Ordusunun yüksək rütbəli zabitinin öldürüldüyünü təsdiqlədi

BAKI. 2 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski briqada komandiri Sergey Zaxareviçin Rusiya ilə müharibədə həlak olduğunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı özünün Telegram kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, Rusiya ordusunun hücumu nəticəsində 10-cu mexanikləşdirilmiş briqadanın komandiri Zaxareviç və onun bölməsinin bir neçə əsgəri həlak olub.

Zaxareviç bu ilin fevralında Ukrayna Silahlı Qüvvələrinin 110-cu ayrı-ayrı mexanikləşdirilmiş briqadasının komandiri təyin edilib.

Seçilən
24
50
teleqraf.com

10Mənbələr