BAKI, 3 iyul. TELEQRAF
İran Rusiyaya “shahed” dronlarının tədarükünü dayandırıb, lakin bu dronların istehsalında texniki yardım göstərir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
İranın Rusiyaya “Shahed-136” dronlarının müxtəlif elementlərinin seriyalı istehsalını qurmağa kömək etdiyi bildirilir. Ukrayna Baş Kəşfiyyat İdarəsi bunun üçün texniki mütəxəssislərin cəlb edildiyini açıqlayıb.
Lakin Yelabuqa şəhərində “Geran-2” zərbə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı zavodunun açılmasından sonra İran dronlarının tədarükü dayandırılıb.
Hazırda Tehran Rusiyaya PUA-lar üçün ayrı-ayrı elementlər və komponentlər tədarük etməyə davam edir.