AZ

10 illik rəqəmsal yol – “AzInTelecom”

Bakı. Trend:

Azərbaycanın rəqəmsal inkişafına töhfə verən qurumlardanbiri – “AzInTelecom” MMC-nin təsis edilməsindən 10 il ötür. Keçənmüddət ərzində “AzInTelecom” həm dövlət, həm də özəl sektor üçüninnovativ həllər təqdim etməklə ölkənin İKT sektorunda etibarlışirkət kimi yer alıb.

“AzInTelecom” MMC 2015-ci ildə Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin (RİNN) tabeli qurumu kimi yaradılıb, 2021-ci ildəMəlumat Hesablama Mərkəzi ilə birləşdirilərək strukturu yenidəntəşkil olunub. Qurum 2024-cü ildən etibarən Azərbaycan Nəqliyyat vəKommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərir.“AzInTelecom” fəaliyyətinin ilk illərində daha çox “bulud”xidmətləri və beynəlxalq səs trafiki üzrə ixtisaslaşsa da, hazırdabir sıra fəaliyyət istiqamətinə malikdir.

“Bulud” texnologiyaları ilə güclənən rəqəmsalinfrastruktur

“AzInTelecom” MMC-nin fəaliyyətinin əsas istiqamətlərindən biriAzərbaycanda rəqəmsal infrastrukturun qurulması və inkişafetdirilməsidir. Ölkənin ən böyük “bulud” provayderi olan“AzInTelecom” 2019-cu ildə Prezident İlham Əliyevin müvafiq Fərmanıilə yaradılmış “Hökumət “buludu” layihəsini də icra edənqurumdur.

“AzInTelecom”a məxsus Bakı Əsas (2015) və Yevlax Ehtiyat datamərkəzlərində (2022) 250-dən çox quruma müxtəlif “bulud” xidmətlərigöstərilir. Onların 130-dan çoxu “Hökumət “bulud”u” layihəsiçərçivəsində öz İT infrastrukturunu data mərkəzlərinə yerləşdirəndövlət qurumudur. Burada məqsəd dövlətin informasiyatexnologiyalarını mərkəzləşdirmək, təhlükəsizliyi artırmaq vəxərcləri optimallaşdırmaqdır. Beynəlxalq standartlara (TIER 3sertifikatlı) uyğun qurulan bu mərkəzlər dövlət qurumları və özəlsektor üçün məlumatların təhlükəsiz şəkildə saxlanılması və emalınıtəmin edir.

Qurum tərəfindən fərdlər, eləcə də kiçik və orta bizneslər üçün“bulud” xidmətlərinə rahat əlçatanlıq formalaşdırmaq məqsədilə2024-cü ildə “AzInCloud” adlı yeni platforma da istifadəyə verilib.Platforma hansısa fiziki sənəd və müqaviləyə ehtiyac olmadanistifadəçiyə öz “bulud” xidmətlərini sərbəst şəkildə əldə etməkimkanı təqdim edir.

Ötən ilin sonlarında isə Azərbaycanda daha iki yeni DataMərkəzinin inşası üçün Avropa İnvestisiya Bankı (AİB) tərəfindən“AzInTelecom”a 43 milyon avro kredit ayrılıb. Bu, AİB tərəfindənAzərbaycanda ilk dəfə dövlət sektoruna ayrılan sərmayə hesabedilir. Artıq Abşeron və Hacıqabul rayonlarında yaşıltexnologiyalar əsasında yeni nəsil data mərkəzlərinin inşasınastart verilib.

SİMA – yeni nəsil biometriya həlləri

2022-ci ildə “AzInTelecom” tərəfindən yaradılımış SİMA yeninəsil rəqəmsal imza ölkənin rəqəmsal inkişafı tarixində mühümlayihə hesab edilir. Mobil tətbiq formasında işləyən imzavətəndaşlar üçün tam ödənişsiz şəkildə təqdim olunur. Qısa müddətdəvətəndaşlar arasında tanınan “SİMA İmza” tətbiqi üç il ərzində birçox sektorda xidmətlərin rəqəmsallaşmasına təminat yaradıb. Artıqmobil tətbiqin yüklənilmə sayı 4 milyonu ötüb. Dövlət və özəlsektorda xidmətlərin elektronlaşmasında istifadə olunan “SİMAİmza”nın tərəfdaş sayı 80-nə çatıb. Mobil Notariat, E-gov, MİDA,“mygov”, “digital.login”, ƏMAS, “Smart Customs”, Elektron Məhkəmə,İnternet Vergi İdarəsi və s. kimi dövlət elektron platformalarına“SİMA İmza” ilə giriş (təsdiqləmə) prosesləri təmin edilib.Xüsusilə də 12 avqust 2024-cü ildə Əmək Məcəlləsinə edilmiş müvafiqdəyişiklikdən (əmək müqavilələrinin elektron formata keçirilməsi)sonra “SİMA İmza” bu prosesdə mühüm rəqəmsal alətə çevrilib. Beləki, indiyədək ölkə üzrə elektron əmək müqavilələrinin 98 faizi“SİMA İmza” ilə imzalanıb. “digital.login” vahid giriş sistemiüzərindən dövlət və özəl xidmətlərə daxilolmaların isə 35 faizi“SİMA İmza” ilə həyata keçirilib. Bu isə onu göstərir ki, “SİMAİmza” elektron xidmətlərə əlçatanlıq yanaşmasında məkan və zamanamillərini aradan qaldırıb, insanların gündəlik həyat fəaliyyətiniasanlaşdırıb. SİMA rəqəmsal imza sistemi sayəsində insanlar artıqbir çox xidmətlərə fiziki iştirak etmədən, onlayn şəkildə çıxışəldə edə bilirlər. Ölkənin ən ucqar yerlərində yaşayan vətəndaşlarda xidmət mərkəzlərinə getmədən elektron imza əldə edərək özişlərini məsafədən həll edə bilirlər.

SİMA ekosistemi çərçivəsində təqdim olunan “SİMA KYC” (biometrikidentifikasiya) “SİMA Pay” (üztanıma ilə ödəniş) və “SİMA Access”(təhlükəsiz giriş) kimi innovativ həlləri özündə birləşdirir. Eynizamanda ölkəmizin ilk elektron imzası sayılan USB disk şəklindəkiimza aləti də təkmilləşdirilərək “SİMA Token” adı ilə buplatformaya daxil edilib. Həm fərdlər, həm də qurumlar bu imzanısima.az saytından onlayn formada sifariş edə bilərlər.

Kibertəhlükəsizlikdə kompleks yanaşma

“AzInTelecom” ötən müddətdə kibertəhlükəsizlik xidmətlərini dəinkişaf etdirib. Şirkətdə 24/7 rejimdə fəaliyyət göstərənTəhlükəsizlik Əməliyyatları Mərkəzi mövcuddur. Qurum, həmçininbeynəlxalq sertifikatlar əldə edib və “WebTrust” auditi ilə özsertifikatlarını qlobal məkanda tanıdaraq beynəlxalq etibarlılığınıartırıb. “ISO 27001” kimi informasiya təhlükəsizliyi üzrəbeynəlxalq sertifikat, maliyyə əməliyyatlarında kart məlumatlarınınqorunmasını təmin etməyə və müştəri məlumatlarının təhlükəsizliyiniyüksək səviyyədə qorumağa imkan verən “PCI-DSS” standartınıntətbiqi, gözlənilməz hallar və insidentlər zamanı əsas biznesfunksiyalarını fasiləsiz şəkildə davam etdirməsinə, risklərəoperativ reaksiya verməsinə şərait yaradan “ISO 22301” standartıilə şirkət öz fəaliyyətini tam beynəlxalq standartlarauyğunlaşdırıb.

Yerli və beynəlxalq əməkdaşlıq

“AzInTelecom” fəaliyyətində digər dövlət qurumları iləəməkdaşlığa da xüsusi önəm verir, koordinasiya və texnoloji dəstəkmexanizmləri yaradılır. Bu əməkdaşlıq dövlət orqanlarının vahidrəqəmsal ekosistemin formalaşdırılmasına töhfə verir, vətəndaşməmnuniyyətini yüksəldir, dövlət qurumlarının fəaliyyətindəşəffaflığı artırır. Xüsusilə “Hökumət buludu” və SİMA olmaqla,müxtəlif layihələr çərçivəsində birgə görülən işlər vətəndaşlaragöstərilən xidmət keyfiyyətini və rəqəmsal imkanları artırmağaxidmət edir.

“AzInTelecom” beynəlxalq əməkdaşlıq strategiyası çərçivəsindəisə “bulud” texnologiyaları sahəsində nüfuzlu Avropa şirkəti“Gcore” ilə tərəfdaşlığa start verib. “Google” və “Amazon” kimidünya nəhəngləri ilə də mövcud istiqamətdə danışıqlar aparılır.

Elektron xidmətlərdə innovativlik

“AzInTelecom” həm də xaricdən Azərbaycana gətirilən mobilcihazların qeydiyyatını aparır və cihazların IMEI kodlarınınsaxtalaşdırılmasına qarşı mübarizə tədbirləri görür. İndiyədəkorijinal olmayan minlərlə klon IMEI nömrəsi aşkarlanaraq bloklanıb.Bu isə mobil cihaz bazarının daha şəffaf və təhlükəsiz halagətirilməsinə gətirib çıxarıb.

Vətəndaş məmnuniyyətinin təminatı məqsədilə həftənin bütüngünləri Çağrı mərkəzi fəaliyyət göstərir. İl ərzində Çağrı mərkəzitərəfindən 200,000-dən çox zəng və onlayn sorğucavablandırılır.

Telekommunikasiya sahəsində dünya ölkələrinin aparıcı rabitəoperatorları ilə əməkdaşlıq çərçivəsində “AzInTelecom” 10 ildir ki,beynəlxalq zənglərin həyata keçirilməsini təmin edir. Bundan başqa,Azərbaycana idxal olunan telekommunikasiya cihazlarınınsertifikatlaşdırılması da məhz “AzInTelecom” tərəfindən həyatakeçirilir. Nəticə etibarilə vətəndaşların keyfiyyətli elektronikamallarından istifadəsi dəstəklənir.

Dayanıqlı inkişaf və hədəflər

“AzInTelecom”un bu 10 ildəki fəaliyyəti və qarşıya qoyduğuməqsədlər Azərbaycanın rəqəmsal suverenliyinin gücləndirilməsinə vəölkənin beynəlxalq bazarda söz sahibi olmasına xidmət edir.Şirkətin əsas strateji hədəfləri yeni nəsil data mərkəzlərininistifadəyə verilməsi, süni intellektin inkişafına dəstək məqsədiləmüvafiq infrastrukturun qurulması və böyükhəcmli data əsasında yenirəqəmsal məhsulların hazırlanmasıdır. 2024-cü ildə “AzInTelecom”unAZCON Holding-ə daxil edilməsi ilə bu tendensiyanın daha dagüclənəcəyi gözlənilir. Belə ki, Holdinqin dəstəyi ilə innovativlayihələrin miqyasının genişləndirilməsi nəzərdə tutulur. Bununsayəsində şirkət Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionundarəqəmsal kommunikasiya habına çevrilməsini hədəfləyir.

Məqalədə:
Seçilən
10
50
az.trend.az

10Mənbələr