AZ

NASA-nın Ay planına 10 milyard dollar ayrıldı – Mask və İsakman etiraz edir

ABŞ Senatı Prezident Trampın büdcə layihəsini qəbul edərək, NASA-nın "Artemis" proqramına əlavə 10 milyard dollar ayırıb. 

Valyuta.az xəbər verir ki, bu vəsait yeni "SLS" raketlərinin istehsalına və Ay orbitindəki "Gateway" stansiyasının tikintisinə yönələcək.

Qərar "SpaceX" rəhbəri İlon Mask və sahibkar Cared İsakmanın mövqeyi ilə ziddiyyət təşkil edir. Hər iki şəxs "SLS" sisteminin baha və səmərəsiz olduğunu bildirir. Mask əvvəllər bu raketləri "bir milyard dollarlıq partlayan sistem" adlandırmışdı. NASA-nın son hesabatına görə, hər buraxılışın dəyəri 2,5 milyard dollara yaxındır.

İsakman Senatda çıxışı zamanı növbəti iki "Artemis" missiyası üçün "SLS" istifadəsini qəbul etsə də, uzunmüddətli perspektivdə bu sistemin səmərəsiz olduğunu deyib.

Yeni maliyyə paketi həmçinin "Gateway" üçün 2,6 milyard dollar, Mars rabitə orbitinə 700 milyon dollar, Beynəlxalq Kosmik Stansiyanın istismarına 1,25 milyard dollar və onun orbitdən çıxarılması üçün "SpaceX"ə 325 milyon dollar vəsait nəzərdə tutur.

Bu qərar Trampın əvvəlki təklifinə - “Artemis-3”dən sonra “SLS” sisteminin mərhələli şəkildə dayandırılmasına ziddir və Mask-Tramp arasında münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.

Sərvanə Rəmixanova

Seçilən
29
42
valyuta.az

10Mənbələr