AZ

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 54 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-may aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 54 milyon 46 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 318 min manat və ya 0,6% çoxdur. Ötən ilin yanvar-may ayında bu növ üzrə sığorta yığımlarının məbləği 53 milyon 728 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 min manat və ya 1% artaraq 1 milyon 156 min manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
13
50
banco.az

10Mənbələr