AZ

Özbəkistan və Azərbaycanın yeni turizm dinamikası – Rəqəmlərlə baxış

Bakı. TurkicWorld:

Cari ilin yanvar-may aylarında Özbəkistandan Azərbaycana səfər edənlərin sayı 18,2 min nəfər olub.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 444 nəfər və ya 8,6% ya artıb. Belə ki, 2024-cü ilin ilk beş ayı ərzində bu ölkədən Azərbaycana gələnlərin sayı 16 min 756 nəfər idi.

Hesabat dövründə Özbəkistandan Azərbaycana gələnlərin 10 min 814 nəfəri turizm məqsədi ilə gəlib ki, bu da, illik müqayisədə 1 076 nəfər, yaxud da 11% çoxdur. Ötən ilin eyni dövründə Özbəkistandan ölkəyə turizm məqsədi ilə 9 min 738 nəfər gəlmişdi.

Cari ilin hesabat dövründə bu ölkədən Azərbaycana turizm məqsədi ilə gələnlərin 64,6%-i kişilər, 35,4%-i isə qadınlar olub. Onların 10 min 563 nəfəri hava nəqliyyatından, 251 nəfəri isə dəniz nəqliyyatından istifadə edərək Azərbaycana gəlib. Bu məqsədlə gələnlərin böyük əksəriyyəti (4 min 839 nəfəri) 1-3 günlük gecələmələrə üstünlük verib. Onlardan 7 min 527 nəfəri istirahət və əyləncə məqsədi ilə səfər edib.

Turizm məqsədi ilə Özbəkistandan Azərbaycana gələnlərin ölkədə gecələmələrinin sayı 54 min 25-ə bərabər olub. Gecələmələrin 20 min 759-u mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə, 4 min 981-i kirayə götürülmüş evlərdə, 9 min 706-sı qohumların və ya dostların evində, 18 min 579-u isə özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə olub. Gecələmələrin 33 min 730-u Bakı şəhərində qeydə alınıb.

Özbəkistandan turizm məqsədi ilə gələnlərin 9 min 682 nəfəri bütün xidmətləri qənaətbəxş hesab edib, 1 132 nəfəri isə göstərilmiş xidmətləri qənaətbəxş hesab etməyib.

Cari ilin ilk beş ayında bu ölkədə Azərbaycana turizm məqsədi ilə gələnlər 18,7 milyon manat xərcləyib. Xərclərin 8,9 milyon manatı nəqliyyatın, 3,3 milyon manatı yerləşmənin, 3,4 milyon manatı qidalanmanın, 124,3 min manat mədəniyyət xərclərinin, 2,1 min manatı isə turizm zərfinin alınmasının, 108,2 min manatı idman və əyləncə xidmətlərinin, 2,1 milyon manatı malların və hədiyyələrin alınmasının, 787,1 min manatı isə digər xərclərin payına düşüb.

Seçilən
3
50
turkic.world

10Mənbələr