AZ

Özbəkistan və Azərbaycanın yeni turizm dinamikası – Rəqəmlərlə baxış

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında Özbəkistandan Azərbaycana səfəredənlərin sayı 18,2 min nəfər olub.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, səfər edənlərin sayı ötən ilin müvafiq dövrü iləmüqayisədə 1 444 nəfər və ya 8,6% ya artıb. Belə ki, 2024-cü ilinilk beş ayı ərzində bu ölkədən Azərbaycana gələnlərin sayı 16 min756 nəfər idi.

Hesabat dövründə Özbəkistandan Azərbaycana gələnlərin 10 min 814nəfəri turizm məqsədi ilə gəlib ki, bu da, illik müqayisədə 1 076nəfər, yaxud da 11% çoxdur. Ötən ilin eyni dövründə Özbəkistandanölkəyə turizm məqsədi ilə 9 min 738 nəfər gəlmişdi.

Cari ilin hesabat dövründə bu ölkədən Azərbaycana turizm məqsədiilə gələnlərin 64,6%-i kişilər, 35,4%-i isə qadınlar olub. Onların10 min 563 nəfəri hava nəqliyyatından, 251 nəfəri isə dəniznəqliyyatından istifadə edərək Azərbaycana gəlib. Bu məqsədləgələnlərin böyük əksəriyyəti (4 min 839 nəfəri) 1-3 günlükgecələmələrə üstünlük verib. Onlardan 7 min 527 nəfəri istirahət vəəyləncə məqsədi ilə səfər edib.

Turizm məqsədi ilə Özbəkistandan Azərbaycana gələnlərin ölkədəgecələmələrinin sayı 54 min 25-ə bərabər olub. Gecələmələrin 20 min759-u mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə, 4 min981-i kirayə götürülmüş evlərdə, 9 min 706-sı qohumların və yadostların evində, 18 min 579-u isə özünə və ya ailə üzvlərinəməxsus mənzillərdə olub. Gecələmələrin 33 min 730-u Bakı şəhərindəqeydə alınıb.

Özbəkistandan turizm məqsədi ilə gələnlərin 9 min 682 nəfəribütün xidmətləri qənaətbəxş hesab edib, 1 132 nəfəri isəgöstərilmiş xidmətləri qənaətbəxş hesab etməyib.

Cari ilin ilk beş ayında bu ölkədə Azərbaycana turizm məqsədiilə gələnlər 18,7 milyon manat xərcləyib. Xərclərin 8,9 milyonmanatı nəqliyyatın, 3,3 milyon manatı yerləşmənin, 3,4 milyonmanatı qidalanmanın, 124,3 min manat mədəniyyət xərclərinin, 2,1min manatı isə turizm zərfinin alınmasının, 108,2 min manatı idmanvə əyləncə xidmətlərinin, 2,1 milyon manatı malların vəhədiyyələrin alınmasının, 787,1 min manatı isə digər xərclərinpayına düşüb.

Seçilən
4
50
az.trend.az

10Mənbələr