Bakı. TurkicWorld:
Cari ilin yanvar-may aylarında İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən Azərbaycana turizm məqsədi ilə səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 161 min 541 nəfər olub.
TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablama aparıb.
Məlumata görə, bu ölkələrdən Azərbaycana turizm məqsədi ilə səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29 min 251 nəfər və ya 22,1% artıb. Belə ki, 2024-cü ilin yanvar-may aylarında bu ölkələrdən Azərbaycana səfər edənlərin sayı 132 min 290 nəfər idi.
Aşağıdakı cədvəldə İƏT-ə üzv ölkələrdən Azərbaycana turizm məqsədi ilə səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı göstərilib:
İƏT-ə üzv ölkələr | 2025 (yanvar-may) | 2024 (yanvar-may) |
Türkiyə | 80 251 | 60 827 |
Özbəkistan | 10 814 | 9 738 |
Qazaxıstan | 28 558 | 24 244 |
Qırğızıstan | 2 192 | 1 860 |
Türkmənistan | 6 831 | 7 578 |
Tacikistan | 2 941 | 1 561 |
Pakistan | 23 416 | 21 287 |
Əfqanıstan | - | - |
İran | 6 538 | 5 195 |
Cəmi | 161 541 | 132 290 |
Bu ilin ilk beş ayı ərzində bu ölkələrdən Azərbaycana səfər etmiş şəxslər Azərbaycanda 265 milyon manat pul xərcləyib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 47,8 milyon manat və ya 22% çoxdur. 2024-cü ilkin eyni dövründə bu şəxslər Azərbaycanda 217,2 milyon manat pul xərcləmişdi. Xərclənən vəsaitin böyük hissəsi nəqliyyat və yerləşmə xərclərinə sərf olunub.
Aşağıdakı cədvəldə İƏT-ə üzv ölkələrdən Azərbaycana turizm məqsədi ilə səfər etmiş şəxslərin ölkədə xərclədiyi vəsaitin həcmi min manat ilə göstərilib:
İƏT-ə üzv ölkələr | 2025 (yanvar-may) | 2024 (yanvar-may) |
Türkiyə | 129 128,60 | 100 966,30 |
Özbəkistan | 18 723,70 | 17 539,40 |
Qazaxıstan | 48 213,50 | 40 480,50 |
Qırğızıstan | 3 285,70 | 2 736,20 |
Türkmənistan | 8 258,50 | 8 343,10 |
Tacikistan | 4 144,20 | 2 244,60 |
Pakistan | 44 187,10 | 38 264,80 |
Əfqanıstan | - | - |
İran | 9 090,50 | 6 620,30 |
Cəmi | 265 032 | 217 195 |
Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycana dünyanın 178 ölkəsindən 979,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 17,7%-i Türkiyə, 8,6%-i İran, 3,6%-i Qazaxıstan, 2,8%-i Pakistan, 1,9%-i Özbəkistan, 1,3%-i Türkmənistan vətəndaşları olub. Gələnlərin 68,9%-ini kişilər, 31,1%-ini qadınlar təşkil edib
Məlumat üçün bildirək ki, İqtisadi Əməkdaşlıq Təşkilatına Pakistan, Türkiyə, İran, Əfqanıstan, Tacikistan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan üzvdür.